Dünya futbolu

AVRO-2020: İtaliya çempion!

AVRO-2020-nin qalibinin adına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, qitənin ən güclüsü adı uğrunda İngiltərə və İtaliya milli komandaları üz-üzə gəlib.

Londonun “Uembli” stadionunda keçirilən matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da hesab dəyişməyib. Penaltilər seriyasında daha dəqiq olan italyanlar Avropanın ən güclüsü adını qazanıb.

AVRO-2020
Final

11 iyul

23:00. İtaliya – İngiltərə – 1:1 (penaltilər – 3:2)
Qollar:
 Bonuççi, 67 – Şou, 3


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43