Ölkə futbolu

AVRO-2020: Kubok müxtəlif məkanlarda – Fotolar

İyunun 11-də Romada start götürəcək futbol üzrə Avropa Çempionatının əsas mükafatı olan “Anri Delone” kuboku Avropanı səyahətə çıxıb və Budapeştdən sonra ikinci dayanacağı Bakı şəhəridir.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, kubok artıq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Atəşgah Məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunda olub. Kubok turu bu gün də davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq. Turun əsas məqsədi ictimaiyyəti kubokla tanış etmək və AVRO həyəcanını Bakı küçələrinə yaymaqdır. Kuboku turnirin rəsmi maskotu Skillzy və digər personajlar müşayiət edəcək.

Kubok Turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43