Milli komanda

AVRO 2020: milliyə tanış rəqiblər və qorxulu statistika

Milli komandamız AVRO 2020-nin seçmə mərhələsində E qrupunda Xorvatiya, Slovakiya, Macarıstan və Uels yığımaları ilə mübarizə aparacaq. Qrupumuzdakı rəqiblər Azərbaycan millisi üçün heç də yad deyillər. Belə ki, yığmamız bu rəqiblərlə fərqi illərdə AÇ və DÇ seçmə mərhələlərində qarşılaşıb.

Slovakiya ilə ilk matçımız 1995-cı ildə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Koşitsedə baş tutub. Yığmamız bu görüşdən 4:1 hesabı ilə məğlub ayrılıb. Cavab matçı isə Türkiyənin Trabzon şəhərində oynanıb. Bu görüş də slovakiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Növbəti dəfə bu komanda ilə yollarımız 1998-1999 mövsümündə yenə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində kəsişib. Yığmamız  ilk matçı 3:1, cavab oyununu isə Bakıda 1:0 hesabı ilə uduzub.

Sözügedən komanda növbəti dəfə 2001-2002 mövsümündə bu səfər Dünya çempionatın seçmə mərhələsində qarşımıza çıxıb. İlk oyunu Trnavada 3:1 hesabı ilə məğlub olan millimiz cavab oyununda Bakıda nəhəyət bu komandanı məğlub edə bilib – 2:0

Toplamda 6 dəfə Slovakiya ilə qarşılaşan yığma komandamız bu qarşılaşmaların 5-də məğlub olub, birində isə qələbə qazanıb. Rəqibin 6 matçda qapımıza vurduğu 12 qola qarşı komandamız 4 qolla cavab verib.

Macarıstan millisiylə isə bir dəfə AÇ, bir dəfə də DÇ seçmə mərhələsində qarşılaşmışıq. İlk oyun 1996-97 ci ildə AÇ-nın seçmə mərhələsi çərçivəsində keçirilib. Budapeştdə oynanan matçda macarlar 3:1 hesabı ilə qalib gəlib. Cavab oyununda isə Bakıda üzülən tərəf yenə biz olmuşuq – 0:3

Macarlarla növbət görüşlərimiz 1998-99-cu illərə təsadüf edir. AÇ-nın seçmə mərhələsi çərçivəsində keçirilən ilk görüşdə millimiz Bakıda 0:4, Budapeştdə 3:0 hesablı məğlub olub.

Toplamda 4 dəfə qarşılaşdığımız bu komandaya qarşı qələbə o tərəfə, heç bərabərliyimiz belə yoxdur. Oynan 4 matçda macarlar qapımıza 13 qol, biz isə 1 qol vura bilmişik.

Uels yığması ilə ilk görüşümüz 2002-2003 cü-ildə AÇ seçmə mərhələsi çərçivəsində keçirilib. Bakıda oynanan ilk görüşdə 2:0, Kardiffdəki matçda isə 4:0 hesabı ilə uduzmuşuq.

Sözügedən yığma ilə növbəti sınağımız DÇ seçmə mərhələsində – 2004-2005-ci ilə təsadüf edir. Sentyabrın 4-ü Bakıda oynanan ilk matçda 1:1 hesablı heç-heçə olsa da, cavab oyununda yenə meydandan boynubükük ayrılan tərfə biz olmuşuq – 2:0.

Uelslə növbəti görüşlərimiz AÇ seçmə mərhələsində 2008-2009-cu ildə keçiirlib. Azərbaycan yığması hər iki görüşdə də rəqibinə eyni hesabla məğlub olub – 1:0.

Toplamda bu komanda ilə 6 dəfə qaşılaşan millimiz 1 heç-heçə, 5 məğlubiyyət alıb. Oynanan 6 matçda qapımıza 11 qol vuran uelslilərə cəmi 1 qolla cavab vermişik.

Xorvatiya millisini isə yaxın keçmişdə bizə yaşatdığı böyükhesablı məğlubiyyətlə xatırlayırıq.  2015-2016-cı ildə AÇ seçmə mərhələsi çərçivəsində keçirilən ilk görüş Zaqrebdə rəqibin 6:0 hesablı qələbəsi ilə bitsə də, cavab görüşündə qalib müəyyənləşməyib – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43