Avro-2024-də 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında Fransa “Merkur Spiel Arena”da Belçikanı məğlub edib – 1:0. Didye Deşamın komandası bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.
Digər oyunda Portuqaliya “Deutşe Bank Park”da Sloveniya ilə qarşılaşıb. Əsas vaxtı heç-heçə (0:0) sona çatan görüşdə Portulqaliya millisi penaltilər seriyasında rəqibini məğlub edib.
Qeyd edək ki, bunadək keçirilən 4 1/8 final matçından sonra 1/4 finalın 2 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.
Avro-2024, 1/8 final
20:00. Fransa – Belçika – 1:0
Qol: Yan Vertongen, 85-avtoqol
Baş hakim: Qlen Niberq (İsveç)
“Merkur Spiel Arena”
23:00. Portuqaliya – Sloveniya – 0:0 (Penaltilər – 3:0)
Qırmızı vərəqə: Matyaz Kek, 105+1 (Sloveniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
“Deutşe Bank Park”