Dünya futbolu

Avro-2024: Fransa və Rumıniyadan qələbə, Belçika uduzdu

Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatı davam edir.

İdmanxeber.az-ın məlumatına görə,E qrupunda Rumıniya Ukrayna ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Qrupun digər matçında Belçika Slovakiyanı sınağa çəkib və 0:1 hesabı ilə uduzub.

D qrupunda isə ikiqat Avropa çempionu Fransa Avstriya ilə üz-üzə gəlib. Fransa millisi görüşdən qələbə ilə ayrılıb – 1:0

17 iyun

Avro-2024

E qrupu

17:00. Rumıniya – Ukrayna – 3:0

Qollar: Stançu, 29, Marin, 53, Draguş, 57
Baş hakim: Qlenn Nuberq (İsveç)
Münxen. “Alliants Arena”

20:00. Belçika – Slovakiya – 0:1

Qol: Sranz, 7
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Frankfurt. “Frankfurt Arena”

D qrupu

23:00. Avstriya – Fransa – 0:1
Qol:
 Maksimilian Vober, 38-avtoqol

Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Düsseldorf (“Düsseldorf Arena”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43