Dünya futbolu

Avro-2024: İngiltərə, Fransa, Avstriya növbəti mərhələdə

Bu gün Avro-2024-də qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilib.

İdmabxeber.az-ın məlumatına görə, bu gün 4 matç oynanılıb.D qrupunda Niderland Avstriyaya 2:3 hesabı ilə uduzub, Fransa isə Polşa ilə 1:1 hesablı heç-heçə edib.

Bu nəticələrin ardından  Avstriya qrup lideri kimi, Fransa isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb.

C qrupunda isə İngiltərə Sloveniya ilə, Danimarka Serbiya ilə 0:0 hesablı bərabərə qalıb.

Bu nəticələrdən sonra İngiltərə 5 xalla qrup 1-cisi, Danimarka 3 xalla qrup 2-cisi olaraq pley-offa yüksəlib.

Sloveniya isə  3-cü yeri tutan ən yaxşı 4 komandadan 1-i kimi növbəti mərhələyə adlayıb.

25 iyun

D qrupu, 3-cü tur

20:00. Niderland – Avstriya – 2:3

Qollar: Qakpo, 47, Depay, 75 – Malen, 6-avtoqol, Şmid, 59, Sabitzer, 80

Baş hakim: İvan Krujlyak (Slovakiya)

Berlin Olimpiya Stadionu

20:00. Fransa – Polşa – 1:1

Qollar: Mbappe, 56-pen. – Levandovski, 79-pen.

Baş hakim: Marko Quida (İtaliya)

Dortmund, “Siqnal İduna Park”

C qrupu, 3-cü tur

23:00. İngiltərə – Sloveniya  – 0:0

Baş hakim: Klement Turpin (Fransa)

Köln, “Reyn Enerqi” stadionu

23:00. Danimarka – Serbiya – 0:0

Baş hakim: Fransua Leteksye (Fransa)

Münhen, “Alyans Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43