19 Sentyabr 2024
Dünya futbolu

Avro-2024: İspaniya çempion!

Bu gün Almaniyada təşkil olunmuş Avropa çempionatının final oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, həlledici oyunda İspaniya və İngiltərə yığmaları üz-üzə gəliblər.

İspaniya yığması həlledici oyundan qalib ayrılmaqla 4-cü dəfə Avropa çempionu adını qazanıb. Bu komandaya qələbə gətirən qolları Niko Uilyams və Mikel Oyarzabal vurub. İngiltərə yığmasından isə Koul Palmer fərqlənib. Beləliklə İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

AÇ-2024
Final

14 iyul

İspaniya – İngiltərə 2:1
Qollar
: Niko Uilyams, 47. Mikel Oyarsabal, 86 – Koul Palmer, 73.

Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin. Olimpiya stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43