30 Sentyabr 2023
Milli komanda

AVRO 2024: Millimizin heyəti açıqlandı

AVRO-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi düşərgəyə 26 futbolçu dəvət edib.

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasında iştirakını nəzərə alaraq, hücumçunun Belçika ilə oyundan sonra millini tərk etmək istəyini müsbət qarşılayıb.

Qeyd edək ki, yığma sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma “Dalğa Arena”da gerçəkləşəcək.

AD, SOYAD KLUB
Şahruddin Məhəmmədəliyev Qarabağ
Səlahət Ağayev Səbail
Yusif İmanov Sabah
Aleksey İsayev Sabah
Amin Seydiyev Sabah
Anton Krivotsyuk Daejon Hana (Cənubi Koreya)
Bəhlul Mustafazadə Qarabağ
Bəxtiyar Həsənalızadə Tuzlaspor (Türkiyə)
Coşqun Diniyev Umraniyəspor (Türkiyə)
Elvin Bədəlov Sumqayıt
Elvin Camalov Sabah
Elvin Cəfərquliyev Qarabağ
Emil Səfərov Qəbələ
Emin Mahmudov Neftçi
Filip Ozobiç Neftçi
Höccət Haqqverdi Neftçi
Mahir Emreli Dinamo (Zaqreb, Xorvatiya)
Musa Qurbanlı Yurqorden (İsveç)
Ozan Can Kökçü Eyndhoven (Niderland)
Qismət Alıyev Zirə
Rahil Məmmədov Qarabağ
Ramil Şeydayev Buriram Yunayted (Tailand)
Renat Dadaşov Qrasshopper (İsveçrə)
Rüstəm Əhmədzadə Zirə
Toral Bayramov Qarabağ
Yusif Nəbiyev

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43