Dünya futbolu

Avro 2024: Niderland və Türkiyədən qələbə

Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında Rumıniya Niderlandla qarşılaşıb. Almaniyalı Feliks Zvayerin idarə etdiyi görüşdə Niderland 3:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

İkinci oyunda Türkiyə Avstriya ilə üz-üzə gəlib. Qarşılaşma 2:1 hesabı ilə “ay-ulduzlular”ın qələbəsi ilə başa çatıb.

Bu nəticələrin ardından Türkiyə millisi 1/4 final mərhələsində Niderlanda rəqib olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43