Dünya futbolu

Avro-2024: Türkiyə – Avstriya matçının tarixi və saatı bəlli oldu

Türkiyə millisi Avro-2024 1/8 final mərhələsində Avstriya ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, görüş iyulun 2-də Leypsiqdəki (Almaniya) “Red Bull Arena”da baş tutacaq. Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Komandalar bu gənə qədər rəsmi oyunlarda 6 dəfə üz-üzə gəlib. Avstriyalılar rəqibindən bir dəfə güclü olubsa, dörd dəfə türklər qalib gəlib.

Digər görüş isə heç-heçə ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43