Türkiyə millisinin qapıçısı Doğan Alemdar zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu bu səbəbdən də heyətdən çıxarılıb. Fransanın “Trua” klubunda forma geyinən qolkiper Avropa çempionatı oyunlarında iştirak edə bilməyəcək.
F qrupunda yer alan “ay-ulduzlular” iki görüş keçirib. Komanda Gürcüstan millisinə 3:1 hesabı ilə qalib gəlib, Portuqaliyaya 0:3 hesabı ilə uduzub.
Vinçentso Montellanın rəhbərlik etdiyi yığma iyulun 26-da Çexiya ilə qarşılaşacaq.