22 Sentyabr 2023
İdman

AVRO 2025: Millimizin rəqibləri bəlli oldu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsindəki rəqibləri bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, yığma Belçika, Litva və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Oyunlar noyabrda start götürəcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Çexiya, Almaniya, Yunanıstan və İtaliyada baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43