Emiliano Salanın xatirəsi UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarında da yad olunacaq.
Avrokuboklarda bu həftə keçiriləcək bütün qarşılaşmalar 1 dəqiqəlik sükutla başlayacaq.
Xatırladaq ki, qış fasiləsində 17 milyon avroya “Nant”dan “Kardiff”ə transfer olunan Sala yanvarın 22-i Fransadan Britaniyaya xüsusi təyyarə ilə yola salınsa da, hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.