25 Noyabr 2024
Dünya futbolu

Avrokubok oyunu öncəsi “Fənər”də ciddi itki

“Fənərbağça”nın futbolçusu İrfan Can Kahveci sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu “Trabzonspor” görüşündə (3:2) zədələnib. 29 yaşlı yarımmüdafiəçi ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

İrfan Can Avropa Liqasının Liqa mərhələsindəki “AZ Alkmaar” görüşündə (7 noyabr) komandasına kömək edə bilməyəcək.

Yarımmüdafiəçi bu mövsüm İstanbul təmsilçisinin heyətində 15 oyuna çıxıb, 1 qol vurub və 2 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43