27 Dekabr 2024
Ölkə futbolu

“Avrokuboklara vəsiqə qazanmaq istəyirik” – “Səbail”in futbolçusu

“Turan Tovuz” oyunu barədə danışılası çox şey yoxdur. Çətin olacağı bəlli idi. Öz meydanlarında pis oynamırlar. İlk hissə yaxşı çıxış etmədik, ikinci yarı isə geridönüş alınmadı. Futbolda belə hallar olur. Qarşıdakı oyunlara baxmalıyıq”.

Bu sözləri İdmanxeber.az saytına “Səbail”in müdafiəçisi Yusif Nəbiyev “Turan Tovuz” məğlubiyyəti (1:3) barədə danışarkən deyib. O, fasilədən sonra komandanın iki oyuna 1 xal toplamasını belə şərh edib:

“Bütün klublar kimi, biz də qələbə qazanmaq istəyirik. Sadəcə, bəzən alınmır. Geridə qalan oyunlar barədə çox danışmaq istəmirəm. Danışsaq da, dəyişən bir şey yoxdur. Kaş belə başlamazdıq. Bəzən tapşırıqları icra edə bilmirik. Çatışmazlıq buradan qaynaqlanır. Məğlubiyyətin səbəbləri budur. Etiraf edək ki, “Turan Tovuz”a qarşı yaxşı oynamadıq. Komanda olaraq istənilən səviyyədə deyildik. Bütün mövqelərdə zəif idik. Sırf kiminsə səhvindən uduzmamışıq. 

Təbii ki, öz hədəflərimiz var. Yuxarı pillələrə oynamaq niyyətindəyik. Ola bilər ki, alınmaz, edə bilmərik. Ancaq avrokuboklara vəsiqə qazanmaq istəyirik. Qarşımıza isə belə bir məqsəd qoyulmayıb”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43