13 Avqust 2022
Kateqoriyasız

Avrokubokların hazırkı pley-off reqlamenti belədi

Avrokubokların hazırkı pley-off reqlamenti belədir:

Çempionlar Liqasının qrup mərhələsində ilk 2 yeri tutan komanda birbaşa 1/8 finala çıxır.

Çempionlar Liqasının qrup mərhələsində 3-cü olan komanda Avropa Liqasının 1/16 finalına yollanır və burada Avropa Liqasının qrup mərhələsində 2-ci olan komanda ilə 1/8 finala vəsiqə uğrunda oynayır.

Avropa Liqasının qrup mərhələsində 1-ci yeri tutan komanda birbaşa 1/8 finala çıxır.

Avropa Liqasının qrup mərhələsində 2-ci yeri tutan komanda 1/16 finala vəsiqə əldə edir və burada Çempionlar Liqasının qrup mərhələsində 3-cü olan komandalardan biri ilə qarşılaşır.

Avropa Liqasının qrup mərhələsində 3-cü olan komanda Konfrans Liqasının 1/16 finalına yollanır və burada Konfrans Liqasının qrup mərhələsində 2-ci yeri tutan komanda ilə 1/8 finala çıxmaq uğrunda mübarizə aparır.

Konfrans Liqasının qrup mərhələsində 1-ci yeri tutan komanda birbaşa 1/8 finala çıxır.

Konfrans Liqasının qrup mərhələsində 2-ci yeri tutan komanda isə 1/16 finala yollanır və bu mərhələdə Avropa Liqasının qrup mərhələsində 3-cü yeri tutmuş komandalardan biri ilə 1/8 finala vəsiqə uğrunda qarşılaşır.

Qısaca, əgər “Qarabağ” Konfrans Liqasının qrup mərhələsində 1-ci yeri tutsa, birbaşa 1/8 finala çıxacaq. İşdir, komandamız qrupda 2-ci olsa, o zaman 1/16 finala vəsiqə qazanacaq və burada Avropa Liqasından gəlmiş qrup 3-cülərindən biri ilə 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaq.

Parviz Musayev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Beqoviçin əlcəyi satışa çıxarıldı

admin

“Sabah” Türkiyəyə yollandı

admin

“Neftçi”nin futbolçusu mərcdə uduzduğuna görə saçını boyadı – Foto

admin