Basketbol üzrə Avroliqanın finalları Əbu-Dabidə keçirilə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Avroliqa rəhbərliyi 2025-ci ildən başlayaraq ardıcıl 3 il olaraq “final-four”-ların Əbu-Dabidə keçirilmə ehtimalını müzakirə edir. Bu baş tutarsa, 75 milyon avro qarşılığında həyata keçəcək.
Avroliqanın bu ilki finalı isə Berlində keçiriləcək.