Kateqoriyasız

Avroliqa matçı azərbaycanlı hakimə həvalə olundu

Rauf Cabbarov Avropa Liqasının I təsnifat məthələsində keçiriləcək “Ordabasi” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) görüşünün baş hakimi olacaq.

Ona Elşad Abdullayevlə Namiq Hüseynov kömək edəcəklər. Kamal Umudlu isə dördündü hakim funksiyasını yerinə yetirəcək.

Avqustun 27-də Çimkəntdə baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə 18:00-da səslənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43