Avropa Liqasında mübarizə aparacaq "İnter" Avstriyanın Lutzmannsburq qəsəbəsində təlim-məşq toplantısını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, ayın 1-dək burada hazırlıq keçəcək paytaxt klubu bundan sonra Kişinyova, "Tiraspol"la matça yollanacaqlar. Klubdan bizə verilən məlumata görə, artıq Bakıdan 60 yerlik təyyarə kirayələnib. Buradan təyyarə Avstriyaya yollanacaq və "İnter"in bütün kollektivini Kişinyova aparıb-gətirəcək.
Qeyd edək ki, iyulun 1-də Kişinyova yollanacaq "bankirlər" oyun günü (3 iyul) matç bitdikdən dərhal sonra geri dönəcəklər.