Avroliqada qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Namizədlər arasında Matye Valbuena (“Fənərbaxça”), Takumi Minamimo (“Zalsburq”), Kostas Fortunis (“Olimpiakos”) və Miyat Qaçinoviç (“Ayntraxt”) yer alıb.
Minamino het-trik, Fortunis dubl və 1 qol ötürməsi ilə fərqlənib. Digər iki oyunçu 1 qol və 1 məhsuldar ötürmə edib.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.