Dünya futbolu

Avroliqada yarımfinalçılar müəyyənləşir

UEFA Avropa Liqasının ¼ final mərhələsinin cavab oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı azarkeşlər üçün ən maraqlı oyun İstanbulda olacaq. “Beşiktaş” ilk oyunda məğlub olduğu “Lion”u qəbul edəcək. Günün daha bir maraqlı oyunu isə İngiltərədə keçiriləcək. İlk oyunda “Anderlext”lə 1:1 hesablı bərabərlik əldə edən “Mançester Yunayted” doğma meydanda yarımfinala yüksəlmək üçün vuruşacaq.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

23:05. “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)

Baş hakim: Milorad Maziç (Serbiya)

İstanbul. “Vodafon Arena”

İlk oyun – 1:2

23:05. “Genk” (Belçika) – “Selta” (İspaniya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Genk. “Luminus Arena”

İlk oyun – 2:3

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:1

23:05. “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Gelzenkirhen. “Veltins Arena”

İlk oyun – 0:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43