“Real”ın prezidenti Florentino Peres Avropa Məhkəməsinin Superliqanın yaradılmasını əngəlləmək qərarına münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, qərarda yeni turnirin yaradılmasında FİFA və UEFA-nın mane olmasının qanunsuz olduğu bildirilib. Peres isə qərarı belə şərh edib:
“Real” Avropa İttifaqının Ədalət Məhkəməsinin qərarını böyük məmnunluqla qarşılayır. Məhkəmənin hökmündən sonra böyük əhəmiyyət kəsb edən iki nəticə var: Birincisi, Avropa futbolunda artıq monopoliya olmayacaq. İkincisi, bu gündən etibarən bütün klublar öz taleyi ilə bağlı öz qərarlarını verə bilər”.
Dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Superliqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib.
Hazırda Super Liqaya “Real” və “Barselona” daxildir.