“Qarabağ” Futbol Klubunun direkroru Emrah Çelikel “beIN SPORTS” kanalının (Türkiyə) saytına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi baş Türkiyə komandalarının Qurban Qurbanova marağından söz açıb:
“Türkiyədə komandalar məşqçimizlə danışıqlar aparmaq istədi, amma o, “Qarabağ”ı qoyub getmək istəmədi. “Qarabağ”ın güclü mənəvi ruhu var. Hocamız da Vətəninə, bayrağına bağlı bir şəxsdir. 2008-ci ildən onunla çalışırıq. Əsla getmək kimi bir məsələ olmayıb. Bizim də sonradan eşitdiyimiz kimi, Avropa klubları onunla danışıqlar aparmaq istəyib. Amma məşqçimiz onlara da qəti cavab verib”.