29 Noyabr 2024
İdman

Avropa Kubokunda bürünc medal

Azərbaycanın dörd boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda bürünc medalla kifayətlənib.

İdmanxeber.az-ın məlumata görə, Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb.

Bu görüşlərdə rəqiblər mərhələ adladığından, boksçularımızın 4-ü də yarışı bürünc medalla başa vurublar.

63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov finalda mübarizə aparacaq. Milli üzvü çempionluq uğrunda Qabil Məmmədovla (Rusiya) döyüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43