İdman

Avropa Liqası: “İnter” və “Zirə”nin oyunlarına necə baxaq?

Bu gün Avropa Liqasının I təsnifat mərhələsində ilk görüşləri çərçivəsində iki təmsilçimiz – “Zirə” və “İnter” ilk oyunlarına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, hər iki klubumuzun avrokubok matçı canlı yayımlanacaq.

Belə ki, “Zirə” – “Differdanj” (Lüksemburq) və  “Mladost” (Serbiya) – “İnter” görüşləri CBC Sport kanalının canlı yayımında olacaq.

Avropa Liqası I təsnifat mərhələsi,

ilk oyunlar 

29 iyun

21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq)

22:30. “Mladost” (Serbiya) – “İnter” (Azərbaycan)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43