“Qarabağ” Avropa Liqasının liqa mərhələsinin ilk oyununda səfərdə “Tottenhem”lə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi oyunun favoriti açıqlanıb. Futbol biliciləri “Tottenhem”i matçda aşkar üstün görüblər.
London klubunun qələbəsinə 1,17 əmsal verilibsə, “Qarabağ”ın qalibiyyətinə 20 əmsal təyin edilib. Maçtın heç-heçə bitmə ehtimalı isə 8, 85 olaraq dəyərləndirilib.
Xatırladaq ki, “Tottenhem” – “Qarabağ” görüşü sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.