Kateqoriyasız

Avropa Liqası: “Neftçi” üçün münasib, “Sumqayıt” üçün çətin rəqiblər

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.

Bunlar Şimali Makedoniyanın “Şkupi”, Albaniyanın “Laçi” və Gürcüstanın “Dinamo” (Batumi) klublarıdır.

Səpələnməmişlər səbətində yer alan “Sumqayıt” isə Rumıniyanın “Universitatya Krayova”, Qazaxıstanın “Kayrat”, Şimali Makedoniyanın “Şkendiya” və Serbiyanın “Baçka Topola” klublarından birinə rəqib olacaq.

Qeyd edək ki, bu gün keçiriləcək 1-ci təsnifat mərhələsinin püşkü Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43