Kateqoriyasız

Avropa Liqası: “Qalatasaray” “Barselona”ya rəqib oldu

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanıb.

Türkiyənin yeganə təmsilçisi “Qalatasaray”ın da rəqibi məlum olub. Səpələnmişlər səbətində yer alan İstanbul təmsilçisi “Barselona” ilə üz-üzə gələcək.

Avropa Liqası
1/8 final mərhələsi

“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)
“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)
“Portu” (Portuqaliya) – “Lion” (Fransa)
“Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya)
“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)
“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)
“Leypsiq” (Almaniya) – “Spartak” (Moskva, Rusiya)
“Betis” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya)

Mərhələnin ilk matçları martın 10-da, cavab görüşləri martın 17-də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43