“Qalatasaray” və “Fənərbağça”nın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli oldu.
İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” “Bodyo-Qlimt”- “Anderlext”, “Qalatasaray” isə “Midtyulland”-“AZ Alkmaar” cütlüyünün qalibi ilə üz-üzə gələcək.
Joze Mourinyonun komandası qalib gələrsə, 1/8 finalda “Olimpiakos” və ya “Reyncers”ə rəqib olacaq.
“Qalatasaray” isə bu mərhələni adlasa, “Mançester Yunayted” və ya “Tottenhem”lə üz-üzə gələcək.
Qeyd edək ki, püşkatmaya bu gün 13:00-da start veriləcək