31 Yanvar 2025
Ölkə futbolu

Avropa Liqası: “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bəlli oldu

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar pley-offda 8 cüt təşkil edib.

Pley-off mərhələsinin mümkün cütləri

“Tvente” (Niderland) – “Budyo Qlimt” (Norveç)

“Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika)

“Yunion” (Belçika) – “Ayaks” (Niderland)

PAOK (Yunanıstan) – FCSB (Rumıniya)

“AZ Alkmaar” (Niderland) – “Qalatasaray” (Türkiyə)

“Midtyullann” (Danimarka) – “Real Sosyedad” (İspaniya)

“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya)

“Portu” (Portuqaliya) – “Roma” (İtaliya)

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 13-də, cavab matçları isə fevralın 20-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43