UEFA Avropa Liqası qrup mərhələsinin 4-cü turunda keçirilən matçlarda azarkeş sayısı bəli olub.
İdmanxeber.az-ın məlumatına görə, gecənin ən çox maraq göstərilən oyunu İngiltərədə qeydə alınıb. “Vest Hem”in “Olimpiakos”u 1:0 hesabı ilə məğlub etdiyi matçı 55 811 azarkeş izləyib. Fanatların böyük maraq göstərdiyi digər qarşılaşma isə Niderlandda baş tutub. “Johan Cruijff Arena”da keçirilən “Ayaks” – “Brayton” görüşündə (0:2) 52 095 tamaşaçı qeydə alınıb.
Təmsilçimiz “Qarabağ” – “Bayer” oyunu isə siyahıda 8-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisinin Bundesliqa klubu ilə oyununu Tofiq Bəhramov adına Respublika stadionunda 30 055 azarkeş izləyib.
Xatırladaq ki, “Köhlən atlar” matçdan 0:1 hesabı ilə məğlub ayrılıb.