“Qarabağ” bu gün UEFA Avropa Liqası pley-off mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Portuqaliyada “Braqa”nın qonağı olub. Görüş “Qarabağ”ın qələbəsi ilə sona çatıb – 4:2.
Görüşü Danimarkadan olan Morten Kroq idarə edib.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
15 fevral
00:00. “Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) 2:4
Qollar: Marko Yankoviç, 21-pen. (0:1), Simon Banza, 44 (1:1), Abdullah Zubir, 54 (1:2), Juninyo, 67 (1:3), Abdullah Zubir, 69 (1:4), Moutinyo, 90+1 (2:4)
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa, “Estadio Municipal de Braga”.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.