23 Dekabr 2024
Kateqoriyasız

Avropa Liqası: “Qarabağ” və “Qəbələ”nin oyunlarına böyük maraq

UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində təmsilçilərimiz “Qarabağ” və “Qəbələ”nin oyunları təkcə ölkəmizdə canlı yayımlanmayacaq.

İdmanxeber.com-un məlumatına görə, dekabrın 10-da baş tutacaq “Qəbələ” – “Krasnodar” oyununu Rusiyanın “Sport” və “Sport Plyus” telekanalları canlı yayımlayacaq. Bundan başqa “NTV+1” kanalı sözügedən qarşılaşmanı həmin gün gecə saatlarında videoyazı şəkilində tamaşaçılara nümayiş etdirəcək.

Qrupdan çıxmaq şanslarını hələ də saxlayan “Qarabağ”ın “Anderlext”lə səfər oyununu Rusiyanın “Sport” kanalı canlı yayımlayacaq. Bu ölkənin “NTV+1” kanalı isə matç bitdikdən sonra oyunu videoyazı şəkilində azarkeşlərə nümayiş etdirəcək.

Qeyd edək ki, “Qəbələ” – “Krasnodar” matçı saat 22:00-da, “Anderlext” – “Qarabağ” oyunu isə saat 00:05-də başlayacaq. Bu oyunları ölkəmizdə AzTV və İdman Azərbaycan canlı yayımlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43