“Qarabağ” bu həftə UEFA Avropa Liqasında növbəti matçına çıxacaq. Ağdam təmsilçisi səfərdə Norveç “Molde”si ilə üz-üzə gəlir.
“Aker” stadionunda baş tutacaq qarşılaşma noyabrın 30-da, saat 00:00-da start götürəcək. 11 249 tamaşaçı tutumuna malik arenada keçiriləcək qarşılaşmada “Qarabağ”ın dəstəksiz qalmayacağı gözlənilir.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev İdmanxeber.az saytına açıqlama verib:
“Norveçdə bizim azarkeşlərə 737 yer ayrılıb. Oyunu izləmək üçün klubumuza müraciət edənlər var. Amma azarkeşlərimizin nə qədər olacağını matç saatı biləcəyik. Çünki biletlər oyunun startından 2 saat əvvəl satışa çıxarılacaq”.
Xatırladaq ki, H qrupunda yer alan hər iki komanda 6 xalla 2-3-cü pillələri bölüşür.