UEFA Avropa Liqasının pley-off matçlarından sonra turnirin qrup mərhələsinin səbətləri müəyyənləşib.
İdmanxeber.az-ın mumatına görə, təmsilçimiz “Qarabağ” 2-ci səbətdə yer alacaq.
Ağdam klubunun potensial rəqibləri aşağıdakı kimidi:
1-ci səbət: “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə), “Ayaks” (Niderland), “Vilyarreal” (İspaniya), “Bayer Leverkuzen” (Almaniya), “Atalanta”, “Roma” (hər ikisi İtaliya), “Reyncers” (Şotlandiya)
2-ci səbət: “Qarabağ”, “Sportinq” (Portuqaliya), “Slaviya” (Çexiya), “Olimpiakos” (Yunanıstan), “Renn”, “Marsel” (hər ikisi Fransa), LASK (Avstriya), “Betis” (İspaniya)
3-cü səbət: “Molde” (Norveç), “Brayton” (İngiltərə), “Şerif” (Moldova), “St Union” (Belçika), “Frayburq” (Almaniya), “Sparta” (Çexiya), “Makkabi Hayfa” (İsrail), “Şturm” (Avstriya)
4-cü səbət: “Tuluza” (Fransa), AEK, “Panatinaikos” (hər ikisi Yunanıstan), “Baçka Topala” (Serbiya), “Servett” (İsveçrə), “Rakuv” (Polşa), “Aris” (Kipr), “Hakken” (İsveç).
Qeyd edək ki, Avroliqanın püşkatma mərasimi bu gün Monakoda keçiriləcək.