Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”ın potensial rəqiblərinin adına aydınlıq gəlib.
“Köhlən atlar” III raunddakı Finlandiya HİK-ini keçsə, pley-offda “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək.