UEFA Avropa Liqasının əsas mərhələsinin I turunun oyunlarından sonra komandaların turnir cədvəlindəki mövqeləri bəlli olub.
İdmanxeber.az-ın məlumatınas görə, “Qarabağ” Latviyanın RFS və Ukraynanın “Dinamo” (Kiyev) klubları ilə birlikdə 33-35-ci yerləri bölüşdürür. Niderlandda “Ayaks”a 0:4 hesabı ilə məğlub olan “Beşiktaş” isə sonuncu pillədə yer alıb.
Liqa mərhələsində II turun oyunları oktyabrın 3-də keçiriləcək. “Qarabağ” Bakıda İsveçin “Malmö” klubunu sınağa çəkəcək.