Bu gün Avropa Liqasında ilk təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, kubokun finalçısı kimi bu turnirə vəsiqə qazanan "Qəbələ" öz meydanında Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" komandası ilə üz-üzə gələcək.
Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq əyalət klubunun mərhələ keçmək şansları az deyil. Bunun üçün ilk oyunda sərfəli nəticə qazanıb, cavab matçına yollanmaqdı.
Bu həmdə "Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanunun ilk rəsmi sınağı olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bosniya və Hersoqovinada keçiriləcək.
3 iyul
Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunu
20:00. "Qəbələ" (Azərbaycan) – "Şiroki Briyeq" (Bosniya və Hersoqovina) 0:2
Qol: Vaqner, 74, 89
Baş hakim: Artyom Kuçin (Qazaxıstan)
Qəbələ. Şəhər stadionu