Dünyanın məşhur bukmekerləri Avropa Liqasının qrup oyunları ilə bağlı əmsalları indidən açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, bukmekerlər Dortmund “Borussiya”sı, PAOK, “Krasnodar” və “Qəbələ”nin də qərarlaşdığı C qrupu ilə bağlı əmsallarını açıqlayıb.
Qrupun favoriti kimi almanlar göstərilir. Onların qrupdan çıxması 1.01 əmsaldı. “Krasnodar”a 1.55 və PAOK-a 2.35 verilibsə “Qəbələ”yə açılan əmsal isə 9.00-a bərabərdi.