Ölkə futbolu

Avropa Liqası: “Zirə”yə şans vermədilər

UEFA Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şerif” – “Zirə” matçının favoriti açlıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, bukmeker konturları görüş öncəsi Moldova klubunu daha şanslı görüb. Belə ki, “Şerif”in qələbəsinə 1,55, “Zirə”nin qalibiyyətinə isə 5.95 əmsal təyin edilib. 

Matçın heç-heçə bitmə ehtimalına isə 4,2 əmsal təyin edilib.

Bu oyunla yanaşı, futbol biliciləri “Şerif” mərhələni keçməyə daha yaxın görüb. Moldova klubunun növbəti tura yüksəlməsinə 1,31 əmsal verilibsə, Azərbaycan təmsilçisi üçün bu rəqəm 3,26 olaraq göstərilib.

Qeyd edək ki, “Zirə” “Şerif”ə qarşı ilk oyununu iyulun 11-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43