16 Sentyabr 2024
Ölkə futbolu

Avropa Liqası: “Zirə” səfərdə “Şerif”ə qalib gəldi

Bu gün “Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Moldova “Şerif”i ilə üz-üzə gəlib. Rəqibin adını daşıyan stadionda keçirilən oyunda “Zirə” 1:0 hesabı ilə qalib gəlib.

Bu komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.

“Zirə” “Şerif”i üstələsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç)  – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.

 11 iyul

Avropa Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

21:00. “Şerif” – “Zirə” – 0:1 

Qol: David Volkov, 88

Baş hakim: Alessandro Dudiç, Paskal Hirzel, Susann Küng, Anojen Kanaqasinqam (İsveçrə)

“Şerif” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43