“Qarabağ”ın oyunçusu Abdullah Zubir Avropa Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, Zubir ötən gecə Portuqaliya “Braqa”sına qarşı səfər matçında (4:2) 2 qol vurub və 1 qolun ötürməsini edib.
O, “Milan”dan Ruben Loftus-Çik, “Qalatasaray”dan Mauro İkardi və “Benfika”dan Anxel Di Mariyanı qabaqlayıb.