UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşləri başa çatıb.
İdmanxeber.com-un məlumatına görə, günün gözlənilməz hesabı Avstriyada qeydə alınıb. Burada “Zalsburq” “Bazel”lə dueldən məğlub ayrılıb. Səfərdə qolsuz heç-heçə edən Avstriya klubu gözlənilmədən öz meydanında rəqibinə boyun əyib – 1:2.
İtaliyanın “Napoli” klubu da mübarizəni dayandırıb. Neapollular səfərdə məğlub olduqları (0:1) “Portu”ya, öz meydanında qalib gələ bilməyib – 2:2.
“Sevilya” isə öz meydanında 0:2 hesabı ilə uduzmağına baxmayaraq səfərdə “Betis”i eyni hesabla yenib. Sonda qalibi penaltilər müəyyənləşdirib ki, burada da qonaqlar daha dəqiq oynayıb -6:5.
Qeyd edək ki, Avropa Liqasının 1/4 finalının püşkü bugün, Bakı vaxtı ilə saat 16:00-da atılacaq.
20 mart
Avropa Liqası, 1/8 finalın ilk oyunları
00:05. “Zalsburq” (Avstriya) – “Bazel” (İsveçrə) (İlk oyun – 0:0) – 1:2
Qollar: Soriano, 22 (1:0), Streller, 50 (1:1), Sauro, 60 (1:2)
Qırmızı vərəqə: Suxi, 9 (“Bazel”)
00:05. “Napoli” (İtaliya) – “Portu” (Portuqaliya) (İlk oyun – 0:1) – 2:2
Qollar: Pandev, 21 (1:0), Qilas, 69 (1:1), Kuarejma, 76 (1:2) Zapata, 90 (2:2)
00:05. “Betis” (İspaniya) – “Sevilya” (İspaniya) (İlk oyun – 2:0) – 0:2 (Penaltilər: 5:6)
Qollar: Reyes, 20 (0:1), Karlos, 75 (0:2)
21:00. “Anji” (Rusiya) – “AZ Alkmaar” (Hollandiya) (İlk oyun – 0:1) – 0:0
22:00. “Benfika” (Portuqaliya) – “Tottenhem” (İngiltərə) (İlk oyun – 3:1) – 2:2
Qollar: Qaray, 34 (1:0), Şadli, 78 (1:1), 79 (1:2), Lima, 90+5-pen (2:2)
22:00. “Viktoriya” (Çexiya) – “Lion” (Fransa) (İlk oyun – 1:4) – 2:1
Qollar: Qomis, 45+3 (0:1), Kolar, 60 (1:1), Teçl, 62 (2:1)
22:00. “Fiorentina” (İtaliya) – “Yuventus” (İtaliya) (İlk oyun – 1:1) – 0:1
Qol: Pirlo, 71 (0:1)
Qırmızı vərəqə: Rodriqes, 69 (“Fiorentina”)
22:00. “Valensiya” (İspaniya) – “Ludoqorets” (Bolqarıstan) (İlk oyun – 3:0) – 1:0
Qol: Alkasar, 59 (1:0)