UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.
Qeyd edək ki, 1/8 finalın cütlükləri bu gün İsveçrənin Nyon şəhərində atılacaq püşklə müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
1/8 finala yüksələn komandalar bunlardır:
“Atletik” (Bilbao, İspaniya), “Sevilya” (İspaniya), “Valensiya” (İspaniya), “Vilyareal” (İspaniya), “Liverpul” (İngiltərə), “Mançester Yunayted” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Bayer” (Leverkuzen) (Almaniya), “Braqa” (Portuqaliya), “Sparta” (Çexiya), “Latsio” (İtaliya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Fənərbaxça” (Türkiyə), “Bazel” (İsveçrə), “Anderlext” (Belçika)