Dünya futbolu

Avropa Liqası: “Reyncers” və “Ayntraxt” finalda! – YENİLƏNİB

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, cavab oyunlarından sonra turnirin finalçıları bəlli olub.

Almaniyada “Ayntraxt” doğma meydanda İngiltərə “Vest Hem”ini qəbul edib. Görüş almanların minimal hesablı qələbəsiylə başa çatıb. Bu nəticə ilə Frankfurt təmsilçisi finala vəsiqə qazanıb.

Gecənin digər oyununda Şotlandiya “Reyncers”i azarkeşləri önündə “Leypsiq”i sınağa çəkib. Gərgin keçən matçda meydan sahibləri inamlı qələbə qazanıb – 3:1. “Reyncers” iki oyunun nəticəsinə görə güclü rəqibini mübarizədən kənarlaşdırıb və adını finala yazdırıb.

UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları

5 may

“Reyncers” (Şotlandiya) – “Leypsiq” (Almaniya) – 3:1
Qollar:
 J.Tavernier, 19, Q.Kamara, 24, J.Landstram, 81 – K.Nkunku, 71
Baş hakim: Artur Diaş (Portuqaliya)
İlk oyun – 0:1

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Vest Hem” (İngiltərə) – 1:0
Qol:
 R.Borre, 26
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
İlk oyun – 2:1

Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Mançester Yunayted” son anda məğlubiyyətdən qurtuldu – VİDEO

admin

“Qarabağ” – “Sportinq” matçına çexiyalı hakim

admin

Erik ten Haq rəsmən “Mançester Yunayted”də!

Səxavət Qurbanov