İdman

Avropa Liqasında finalçılar müəyyənləşdi

Bu gün Avropa Liqasında finalçılar bəlli oub.

İdmanxeber.com-un məlumatına görə, bu gün baş tutan matçlarda yarımfinal oyunlarında “Mançester Yunayted” “Selta”nı, “Lion” isə “Ayaks”ı qəbul edib.

İlk görüşdə qələbə qazanan "Mançester Yunayted" cavab matçında "Selta" ilə 1:1 hesablı bərabərlik əldə edərək finala yüksəlib.

Hollandiyada "Ayaks"a darmadağın olan "Lion" cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazansa da, bu, yetərli olmayıb. Nəticədə, "Ayaks" finala yüksəlib.

11 may

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya)  1:1
Qollar: Fellaini, 17 – Ronkalya, 85

İlk oyun – 1:0

23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya) 3:1
Qollar: Lakazett, 45, 45+1, Qezzal, 81  – Dolberq, 27

lk oyun – 1:4


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43