21 Sentyabr 2024
Dünya futbolu

Avropa Liqasında həftənin ən yaxşısı bəlli oldu

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

İdmanxeber.az məlumat verir ki, “Atalanta”nın hücumçusu Canluka Skamakka həftənin oyunçusu seçilib.

İtaliyalı forvard Avropa Liqasının 1/4 finalında “Liverpul”la səfər matçında (3:0) dubla imza atıb.

Avroliqada həftənin oyunçusu adına namizədlər arasında Yonas Hofmann (“Bayer”), Rafa Silva (“Benfika””) və Paulo Dibala (“Roma”) da yer almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43