24 Sentyabr 2024
Dünya futbolu

Avropa Liqasının püşkü nə vaxt atılır?

UEFA Çempionlar Liqasında mübarizəni pley-off mərhələsində dayandıran “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək.

İdmanxeber.az-ın məlumatına görə, turnirin püşkatma mərasiminin vaxtı da məlumdu. Belə ki, təmsilçimiz rəqiblərini avqustun 30-da tanıyacaq.

Tədbirin başlama saatı haqqında saytımızda əlavə məlumat verəcək.

Qeyd edək ki, turnir əvvəlki illərdən fərqli olaraq qrup mərhələsi deyil, liqa formatında keçiriləcək. Hər bir komanda 8 fərqli klubla yalnız bir dəfə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43