Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
İdmanxeber.com-un məlumatına görə, 8 komanda 1/4 final mərhələsinə yüksəlmək üçün meydana çıxıblar.
İki şəhərdə eyni ölkənin iki komandaları qarşılaşıb. Belə ki, püşkün nəticəsinə görə, İspaniyada "Sevilya" "Betis"lə, İtaliyada isə "Yuventus" "Fiorentina" ilə üz-üzə gəlib. Əndəlüs derbisində "Betis" qələbə qazanıb. "ağ-yaşıllar" çətin səfərdə iki cavabsız qolla cavab qarşılaşmasına üstünlüklə yollanıb.
"Yuventus" isə "Fiorentina"ya bata bilməyib – 1:1.
İngiltərənin Avroliqadakı yeganə təmsilçisi "Tottenhem" isə öz meydanında "Benfika"ya uduzub – 1:3.
Qeyd edək ki, 1/8 finalın cavab görüşləri martın 20-də keçiriləcək.
13 mart
Avropa Liqası, 1/8 finalın ilk oyunları
00:05. "AZ Alkmaar" (Hollandiya) – "Anji" (Rusiya) – 1:0
Qol: Yohanson, 29-pen
00:05. "Yuventus" (İtaliya) – "Fiorentina" (İtaliya) – 1:1
Qollar: Vidal, 3, M.Qomez, 79
00:05. "Lion" (Fransa) – "Viktoriya" (Çexiya) – 4:1
Qollar: Horava, 3, Fofana, 12 Lakazetti, 53 , Mvuemba, 61, Fofana, 70
00:05. "Sevilya" (İspaniya) – "Betis" (İspaniya) – 0:2
Qollar: Baptistao, 15 , Sevilya, 77
00:05. "Tottenhem" (İngiltərə) – "Benfika" (Portuqaliya) – 1:3
Qollar: Rodriqo, 29 Luisao, 58 , Eriksen, 64 , Luisao, 84
22:00. "Bazel" (İsveçrə) – "Zalsburq" (Avstriya) – 0:0
22:00. "Portu" (Portuqaliya) – "Napoli" (İtaliya) – 1:0
Qol: Martinez, 57
22:00. "Ludoqorotes" (Bolqarıstan) – "Valensiya" (İspaniya) – 0:3
Qollar: Barraqan, 5, Kartabya,33, Senderos, 59
Qırmızı vərəqələr: Keyta, 24 ("Valensiya"), Juninyo, 80 ("Ludoqorotes")