06 Oktyabr 2022
Kateqoriyasız

“Avropada asan rəqib yoxdur” – millimizin futbolçusu

“Yenidən milli komandaya dəvət aldığıma görə çox şadam. Millinin formasını geyinmək hər bir futbolçu üçün şərəfdir. Bizi qarşıda iki vacib oyun gözləyir. Şans qazansam, millimizin meydandan yaxşı nəticə ilə ayrılması üçün var gücümlə mübarizə aparacam”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin üzvü Elvin Camalov yığmamızın UEFA Millətlər Liqasında keçiriləcək Slovakiya və Qazaxıstan görüşləri barədə danışarkən deyib. O, seçməmizin heyətiylə rəqibləri müqayisə edib:

“Bu gün Avropada asan rəqib yoxdur. Hamı futbol oynayır. Ona görə də rəqibləri zəif və ya güclü olaraq dəyərləndirmək istəməzdim. Məsələn, Slovakiya millisi heyətinə görə Qazaxıstandan üstün sayılsa da, iyunda keçirilən hər iki matçda rəqibinə məğlub oldu. Sadəcə onu deyə bilərəm ki, meydana çıxıb var qüvvəmizlə mübarizə aparacağıq. İnanıram ki, yaxşı nəticə ilə azarkeşlərimizi sevindirəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sabah”ın yeni baş məşqçisi bilindi

admin

Azərbaycanda transfer pəncərəsi açıldı

admin

“Qarabağ” “Keşlə”ni məğlub etdi, “Neftçi” “Sabah”la bacarmadı – Yenilənib

Səxavət Qurbanov